Biznes riski operatorun gəlirlərinin azalması və (və ya) xərclərinin artması nəticəsində maliyyə vəziyyətinin pisləşməsi riskidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Kredit riski ödəniş sistemi iştirakçısının operator və ödəniş sisteminin digər iştirakçıları qarşısında maliyyə öhdəliklərini vaxtında və (və ya) tam icra edə bilməməsi riski, likvidlik riski ödəniş sistemi iştirakçısının öz öhdəliklərini ödəmək üçün yetərli miqdarda likvid vəsaitlərə malik olmaması riskidir.