ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Heftelik.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Antoni Blinkenin əvvəlcədən “elan olunmamış” səfəri qatarla baş tutub.
Bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.
Qeyd edilib ki, Blinken səfəri zamanı Kiyevin “müdafiəsini gücləndirmək” və “döyüş meydanında təşəbbüsü bərpa etmək” məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.