“Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”n ilə müəyyən edilmiş hesabatlar operatorun icra orqanının rəhbərinin və ya onun tərəfindən səlahiyyətləndirilmiş vəzifəli şəxsin (şəxslərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilir və Mərkəzi Bankın elektron informasiya sistemi vasitəsilə təqdim edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.