Bünövrənin dabanı altından qruntun qazılaraq (hissə-hissə) çıxarılması ilə bina və qurğuların düzəldilməsi əsasən böyük fəza sərtliyi olan binaların (qurğuların) layihələrində nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Bina və qurğuların istismar müddətində onların düzəldilməsi nəzərə alınmaqla layihələndirilməsi xüsusiyyətləri”ndə əksini tapıb.

Qazılıb-çıxarılması nəzərdə tutulan bina əsasları deformasiya modulu  MPa olan qruntlardan təşkil olunmalıdır.  MPa olduqda layihələrdə AzDTN 2.15-1-in göstərişlərinə müvafiq yerinə yetirilən qrunt yastıqların qurulması nəzərdə tutulmalıdır.

 Bina və qurğuların düzəldilməsi müddətində düzəldilən obyektlərin konstruksiyalarının vəziyyətinə daimi vizual və instrumental müşahidələrin aparılması nəzərdə tutulmalıdır.