Operatorun ödəniş sisteminə dair qaydalarında dolayı iştirak nəzərdə tutulduqda dolayı iştirakçılar barədə birbaşa iştirakçı tərəfindən operatora məlumat verilməsinə, həmçinin birbaşa və dolayı iştirakçılar arasında münasibətlərin tənzimlənməsinə dair prosedurlar müəyyən edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Əməliyyat risklərinin idarə olunması üçün ödəniş sisteminin emal gücü əməliyyat həcmində baş verə biləcək artımların qarşılanmasını təmin etməlidir.