“Etibar edilən şəxslər siyahısı”nın və dövri ödənişlər siyahısının tərtib edilməsi və ya mövcud siyahılara dəyişikliklərin edilməsi zamanı gücləndirilmiş müştəri autentifikasiyası (GMA) tətbiq edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Ödəniş xidməti istifadəçisinin bir ödəniş xidməti təchizatçısında xidmət olunan ödəniş hesabları arasında aparılan kredit köçürmələri zamanı GMA tətbiq edilməyə bilər.