Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, etibarnamə verən və etibarnamə verilən şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi, şəxsiyyət vəsiqəsi üzrə digər məlumatlar (seriyası, nömrəsi, hansı orqan tərəfindən və nə vaxt verilməsi, eləcə də şəxsin doğum tarixi, fərdi identifikasiya nömrəsi), Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka sərəncam verilməsinə (özgəninkiləşdirilməsi, ipoteka və renta ilə yüklü edilməsi) dair etibarnamələrdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumatlar (qeydiyyat tarixi, reyestr nömrəsi və s.) göstərilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.