Personal tərəfindən aşkarlanan və ya şübhələnilən informasiya təhlükəsizliyi hadisələri barədə vaxtında daxili məlumatlandırmanın təmin edilməsi üçün mexanizmin necə formalaşdırıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Personal tərəfindən aşkarlanan və ya şübhələnilən informasiya təhlükəsizliyi hadisələri barədə vaxtında daxili məlumatlandırmanın təmin edilməsi üçün azı aşağıdakıları nəzərdə tutan mexanizm formalaşdırılır:
– personalın mümkün olan ən qısa müddətdə informasiya təhlükəsizliyi hadisəsi barədə məlumat verməsi barədə öhdəliyinin mövcudluğu;
– informasiya təhlükəsizliyi hadisələri barədə məlumatın təqdim edildiyi əlaqələndirici şəxs(lər)in müəyyən ediməsi;
– informasiya təhlükəsizliyi hadisələri barədə məlumat vermə prosedurunun olması.