İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə (İTİS) bilavasitə nəzarətin həyata keçirilməsi üçün nəzarət subyekti tərəfindən informasiya təhlükəsizliyi üzrə məsul şəxs təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
İnformasiya təhlükəsizliyi üzrə məsul şəxsin əsas vəzifələri aşağıdakılardır:
– informasiya təhlükəsizliyi siyasətini, əlaqəli qaydaları hazırlayır və rəhbərliyə təqdim edir;
– İTİS-i təşkil edir və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
– İTİS üzrə nəzarət subyektinin struktur bölmələrinin fəaliyyətini əlaqələndirir;
– rüblük əsasda nəzarət subyektində informasiya təhlükəsizliyi vəziyyəti və informasiya təhlükəsizliyi riskləri ilə bağlı rəhbərliyə hesabat təqdim edir;
– informasiya təhlükəsizliyi tələblərindən kənarlaşmalar baş verdikdə səbəbləri göstərilməklə bu barədə rəhbərliyi dərhal məlumatlandırır;
– personalın, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin əməkdaşlarının məlumatlandırılması, təlimlərə cəlb edilməsi, habelə müştərilərin maarifləndirilməsi işini təşkil edir.