Lənkəranda bu il martın 2-də itkin düşən Könül Ramin qızı Ağayevanın meyiti tapılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadının meyiti aşkarlanıb.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Qeyd edək ki, Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin verdiyi məlumata görə o, ailəli olub və ayrılıb. Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 – 3 gündən sonra ondan heç bir xəbər olmayıb. Onun itkin düşməsi barədə polisə məlumat verilib.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.