Mansarda mərtəbəsində yerləşən otaq və ya yerləşgələrin sahələri təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi üçün 0,7 azaltma əmsalının tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Binanın tikinti həcmi +0,00 səviyyəsindən yuxarıda (yerüstü hissənin) və bu səviyyədən aşağı olan hissələrinin (yeraltı hissənin) tikinti həcmlərinin cəmi kimi müəyyən edilir. Binanın yerüstü və yeraltı hissələrinin tikinti həcmləri binanın hər bir hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici məhdudlayıcı səthlər hüdudunda qoruyucu konstruksiyalar, işıq fənərləri, günbəzlər və sairə daxil edilməklə (xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, portiklər, terraslar, balkonlar, döşəməaltı kanallar, dayaqlar üstündə yerləşmiş binanın altındakı məkan və keçidlərin həcmi nəzərə alınmadan) müəyyən edilir.