Miras əmlakın qorunması üçün tədbirlər görülməsi mümkün deyildirsə miras qoyanla birgə yaşayan əxslər əmlakın siyahıya alınmasına etiraz edirlərsə, əmlakı siyahıya almaq üçün vermirlərsə, yaxud əmlak başqa yerə aparılmışsa və sairə) notarius akt tərtib edir və bu barədə əlaqədar şəxslərə, zəruri hallarda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, maliyyə orqanlarına və ya prokurora məlumat verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.