Mən bu gün regiondakı post-münaqişə reallıqları barədə ATƏT sədrinə məlumat verdim.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.
“Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqların olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”, – nazir əlavə edib.