Qazanılmamış sığorta haqları ehtiyatının əlavə hissəsində təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında təkrarsığortaçıların payı təkrarsığortaya ötürülmüş hər bir sığorta (təkrarsığorta) müqaviləsi üzrə bildirilmiş tələbə əsasən hesablanır və bildirilmiş zərərlə sığorta (təkrarsığorta) müqaviləsi üzrə risklərin təkrarsığortaya ötürülmüş hissəsinin hasilinə bərabərdir.