Şəbəkə xidmətlərinin təhlükəsizlik mexanizmləri, xidmət səviyyələri və idarəetmə tələbləri üzrə qaydalar müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Şəbəkə xidmətlərinin təhlükəsizlik mexanizmləri, xidmət səviyyələri və idarəetmə tələbləri üzrə azı aşağıdakıları nəzərdə tutan qaydalar müəyyən edilir və tətbiqi təmin edilir:
– giriş icazəsi verilən şəbəkələr və şəbəkə xidmətlərinin dairəsi;
– fərqli şəbəkə xidmətlərinə girişlər üçün autentikasiya tələbləri;
– şəbəkəyə girişin mühafizəsi üçün şəbəkə idarəetməsi və texnoloji nəzarət tədbirləri (məsələn, autentikasiya, şifrələmə və s.) və prosedurları;
– şəbəkə və şəbəkə xidmətlərinə giriş üçün istifadə edilən vasitələr (məsələn, virtual şəxsi şəbəkədən (VPN) istifadə və ya simsiz şəbəkə);
– istifadəçinin giriş zamanı vaxt, yer və digər atributları.