Həyatın qeyri-yığım sığortası həyatın yığım sığortasına aid olmayan həyat sığortası sinifləridir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Xalis sığorta ehtiyatları sığorta ehtiyatlarından bu ehtiyatlarda təkrarsığortaçıların payı çıxıldıqdan sonra qalan məbləğdir.

Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının sığorta qanunvericiliyi ilə müəyyən edilmiş mənaları ifadə edir. Bu Qaydada istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, təkrarsığortaçıları da əhatə edir.