Şuşaya köç var

14 May 2024, 08:36

Bu gün Şuşa şəhərinə növbəti köç yola salınıb.

Heftelik.az-ın məlumatına görə, bu dəfə ümumilikdə 38 ailə (136 nəfər) Şuşaya köçürülür.

Bakı şəhərindən – 26 ailə (89 nəfər), Bərdə rayonundan – 3 ailə (12 nəfər), Sumqayıt şəhərindən – 2 ailə (10 nəfər), Ağcabədi rayonundan – 2 ailə (8 nəfər), Samux rayonundan – 2 ailə (6 nəfər), Zaqatala rayonundan – 1 ailə (5 nəfər), İsmayıllı rayonundan – 1 ailə (3 nəfər) və Ağdaş rayonundan – 1 ailə (3 nəfər) Şuşaya yola salınır.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 58 ailə (224 nəfər) köçürülmüş olur.