Verilməli olan sığorta ödənişinin məbləği müəyyən edilmədiyi halda, BTZE-nin hesablanması üçün sığorta ödənişinin sığorta hadisəsi barədə sığortaçı tərəfindən ilkin olaraq alınmış məlumatlar əsasında qiymətləndirilmiş mümkün ola bilən maksimum məbləği (sığorta məbləğindən çox olmamaqla) istifadə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

BTZE-nin məbləği tənzimlənməmiş hər bir tələbin formalaşdığı sığorta (təkrarsığorta) müqaviləsinə münasibətdə sığorta haqlarının ödənilməsi üzrə sığortalının (təkrarsığortalının) hesabat tarixinə sığortaçıya olan borcları qədər əvəzləşdirilə bilər.