Arzuolunmaz internet resurslarına girişlərə məhdudiyyətlər tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Habelə azı aşağıdakılar nəzərə alınmaqla bu resurslardan təhlükəsiz və düzgün istifadə qaydaları formalaşdırılır:
– personalın giriş hüququnun olduğu və ya qadağan edildiyi internet resursları növlərinin müəyyən edilməsi;
– aşağıdakı internet resurslarına girişlərin bloklanması:
– zəruri biznes ehtiyacları üçün icazə verilənlər istisna olmaqla, informasiyanın internetə yüklənməsi funksiyası olan internet resursları;
– bilinən və ya şübhələnilən zərərverici internet resursları (məsələn, zərərverici proqram və fişinq məzmunları yayan internet resursları);
– qanunazidd məzmun yayan internet resursları;
– nəzarət subyektinin sosial media hesablarının azı aşağıdakılar nəzərə alınmaqla təhlükəsizliyinin təmin edilməsi:
– hər bir sosial media hesabı üçün autentikasiya məlumatlarının idarə edilməsi qaydalarına uyğun şifrənin təyin edilməsi;
– iki faktorlu autentikasiyanın tətbiq edilməsi;
– şifrələrin dövrü olaraq yenilənməsi;
– sosial media hesabında fərdi təhlükəsizlik tənzimlənmələrinə baxılması və yenilənməsi;
– sosial media hesabında həssas informasiyanın paylaşılmamasının nəzarətdə saxlanılması;
– sosial media hesabının fəaliyyətinin mütəmadi monitorinq edilməsi;
– paylaşılan və ya ümumi istifadədə olan son istifadəçi cihazlarından istifadənin məhdudlaşdırılması;
– sosial media proqram təminatlarının və onların quraşdırıldığı son istifadəçi cihazlarının ən son yeniləmələrlə təmin edilməsi;
– sosial media hesabına bağlı elektron poçt hesabının təhlükəsizliyinin təmin edilməsi;
– sosial media hesabına bağlanmış son istifadə cihazlarının siyahıya alınması və dövri olaraq nəzərdən keçirilməsi.