Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb.
Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Yaralılar restoranda ofsiant işləyir.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.