Batan qruntlarda yeraltı hissəsi dərində yerləşdirilən bina və qurğuların əsaslarının və bünövrələrinin layihələndirilməsi çala açıldıqda qrunt massivin yükünün azaldılması və onun əsas ölçüləri (dərinliyi və eni) nəzərə alınaraq yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yeraltı hissəsi dərində yerləşdirilən bina və qurğuların əsaslarının layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.

Çalanın qazılması aşağıdakı kəmiyyətlərin azalmasına gətirir:

– qruntun yuxarı sərhədinin aşağı düşməsi hesabına   batma qalınlığının, həmçinin çox vaxt altda yerləşən qruntların yükünün azaldılması hesabına onun aşağı sərhədinin qalxması;

– Qruntlarda şaquli gərginliklər kiçildikdə batma qalınlığının qiymətinin və qruntun nisbi batmasının azalması nəticəsində qruntun öz çəkisindən batması;

– qruntun öz çəkisindən onlara təsir edən  şaquli gərginliklərin azalması hesabına altda yerləşmiş batmayan qruntların  əlavə çökməsi.

Bunlardan başqa, dərin yeraltı hissənin tikilməsi ilə bina və qurğuların altında qrunt şəraitinin I növ batan qrunt şəraitindən  batmayan, II növ batan qrunt şəraitindən  isə I növ batan qrunt şəraitinə keçidi mümkündür.