Biləsuvarda yük maşını mikroavtobusla toqquşub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Biləsuvar – Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Ağayrı kəndində baş verib. Hərəkətdə olan “Mercedes” markalı yük maşını, Şahmar Mehtiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb.

Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan “Ford” markalı mikroavtobusda olan Yol istismarı idarəsinin əməkdaşı Xaləddin Səmədov ölüb. İdarənin dörd əməkdaşı – İlham Gözəlbəyli (1996), Şahin Talıbov (1988), Azər Həsənov (1969) və Zülfüqar Nuruyev (1961) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.