Annuitet sığortası istisna olmaqla, digər həyat sığortası sinifləri üzrə BTZE sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya bildirilmiş, lakin hesabat tarixinə qədər tənzimlənməmiş hər bir tələb üzrə hesablanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

ildirilmiş tələb sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliklə və ya sığorta (təkrarsığorta) müqaviləsi ilə müəyyən olunmuş qaydada sığortaçıya bildirildiyi andan zərər məbləği göstərilməklə “Zərərlərin uçotu jurnalı”nda qeyd olunur.