Həyatın yaşam sığortası və annuitet sığortası siniflərinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə riyazi ehtiyatların əlavə hissəsi “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”na müvafiq olaraq müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Həyatın yaşam sığortası və annuitet sığortası siniflərinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə riyazi ehtiyatların əlavə hissəsində təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir. Həyatın yaşam sığortası sinfinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında (BTZE) təkrarsığortaçıların payı bu Qaydaya müvafiq olaraq müəyyən edilir.