Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatında (BVBZE) təkrarsığortaçıların payı müvafiq sığorta sinfinə aid olan təkrarsığortaya ötürülmüş sığorta (təkrarsığorta) müqavilələri üzrə sığorta ödənişlərində təkrarsığortaçıların payı nəzərə alınmaqla hər bir sığorta sinfi üzrə ayrılıqda müəyyən edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Risklərin qeyri-mütənasib obliqator təkrarsığorta müqaviləsi üzrə ötürüldüyü təkrarsığortaçıların qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsində (QSHEB) payı minimum depozit təkrarsığorta haqqı nəzərə alınmaqla bu Qaydaya müvafiq olaraq müəyyən edilir.

Risklərin qeyri-mütənasib fakultativ təkrarsığorta müqaviləsi üzrə ötürüldüyü təkrarsığortaçıların QSHEB-də payı bu Qaydaya müvafiq olaraq müəyyən edilir.