Binanın tikinti sahəsi çıxıntı hissələri də daxil edilməklə binanın xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. Binanın mərtəbəliyi müəyyənləşdirilərkən mərtəbələrin sayına bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü torpağın orta planlaşdırma səviyyəsindən 2,0 metrdən az olmadıqda) daxil edilir.