Həmin məlumatları informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, notarius daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına dair sənədləri tələb edərək müvafiq məlumatları etibarnamədə qeyd edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir. Etibarnamənin qüvvədə olma müddəti sözlə yazılır.