Son istifadəçi cihazları vasitəsilə saxlanılan, emal edilən və əlçatan olan informasiyanın təhlükəsizliyini təmin etmək məqsədilə son istifadəçi cihazlarının təhlükəsiz konfiqurasiyası və idarə edilməsi üçün qaydalar qəbul edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Son istifadəçi cihazları vasitəsilə saxlanılan, emal edilən və əlçatan olan informasiyanın təhlükəsizliyini təmin etmək məqsədilə son istifadəçi cihazlarının təhlükəsiz konfiqurasiyası və idarə edilməsi üçün azı aşağıdakılar nəzərə alınmaqla qaydalar qəbul edilir və personalla kommunikasiya edilir:

– son istifadəçi cihazlarının idarə edə, emal edə, saxlaya və ya dəstəkləyə biləcəyi informasiyanın növü və təsnifat səviyyəsi;

– son istifadəçi cihazlarının qeydiyyatı;

– fiziki mühafizə ilə bağlı tələblər;

– proqram təminatlarının quraşdırılmasında məhdudiyyət;

– son istifadəçi cihazlarında əməliyyat sistemləri, proqram təminatları və ən son yenilənmələrlə bağlı tələblər;

– girişlərə nəzarət;

– informasiyanın növü və təsnifat səviyyəsinə müvafiq olaraq son istifadəçi cihazlarının yaddaş qurğularının şifrələnməsi və ehtiyat nüsxələrinin formalaşdırılması;

– zərərverici proqram təminatlarına qarşı mühafizə;

– ev və digər ictimai internet şəbəkələrinə qoşulma qaydası.