Slovakiyanın baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib, vəziyyəti stabildir.

Heftelik.az-ın xəbərinə görə, bu barədə TAZ telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Robert Fitso uğurla əməliyyat olunub, vəziyyəti stabildir və şüuru yerindədir.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Baş naziri güllələyən şəxs saxlanılıb. Onun slovakiyalı yazıçı Yuray Çintula olduğu barədə xəbərlər yayılıb.

Qeyd edək ki, Robert Fitsonun son rəsmi səfəri mayın 7-də Azərbaycana olub.