Dərindən müdafiə (defence in depth) aktivlərin mühafizəsi üçün çoxsəviyyəli nəzarət tədbirlərinin müəyyən edilməsi, emulyator əməliyyat sistemini imitasiya etməklə həmin əməliyyat sistemində çalışan proqramları çalışdıran proqram təminatıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Eiketlənmə informasiyanın təsnifatına uyğun olaraq informasiya və əlaqəli aktivlərin müxtəlif üsullarla (məsələn, fiziki nişan, başlıq və altlıq, metadata, su nişanı, ştamp vasitəsilə) işarələnməsi, əməliyyat mühiti informasiya sisteminin istifadəçiyə açıq real istismar mühiti, həssas informasiya fiziki və hüquqi şəxslərə, habelə milli təhlükəsizliyə potensial mənfi təsirləri səbəbilə icazəsiz işlənmədən, o cümlədən daxil olmadan, dəyişdirilmədən və ya açıqlanmadan mühafizə edilməli informasiyadır. Məsələn, həssas ödəniş məlumatları, fərdi məlumatlar, dövlət sirri, kommersiya sirri, bank sirri, sığorta sirri və digər konfidensial məlumatlar.