“Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası” sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsi, etibarlılığı, investisiyaya yönəldilməsi, rentabelliyi, likvidliyi, tərkibi və digər keyfiyyət meyarları nəzərə alınmaqla, sığorta ehtiyatlarının tərkibini, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması qaydalarını, həmçinin katastrofik risklərin meyarlarını tənzimləyir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.