İnformasiya təhlükəsizliyi hadisəsi üzrə məlumatla bağlı nəzərə alınan hallar açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

İnformasiya təhlükəsizliyi hadisəsi üzrə məlumatla bağlı nəzərə alınan hallara aşağıdakılar daxildir:

– informasiyanın konfidensiallığı, tamlığı və əlçatanlığının pozulması halları;

– qeyri-effektiv təhlükəsizlik tədbirləri;

– insan xətaları;

– informasiya təhlükəsizliyi siyasəti və müvafiq qaydalar ilə uyğunsuzluq halları;

– avadanlıq və proqram təminatının funksiyasının pozulması və ya fəaliyyətində müşahidə edilən digər uyğunsuzluqlar və çatışmazlıqlar;

– giriş pozuntuları;

– zəifliklər və şübhələnilən zərərli proqram təminatlarına yoluxma halları.