Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə yola düşüb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev ilə rəsmi danışıqlar aparacaq.
İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.
Prezidentlər müxtəlif sahələrdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.
Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər.
Danışıqlar nəticəsində ikitərəfli sənədlər paketi imzalanacaq.
Gözlənilir ki, Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.