Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Müddətli xidmətdə olan hərbi qulluqçuların, habelə daimi yaşayış yerindən kənarda yerləşən təhsil müəssisələrində təhsil alan tələblərin ölümündən sonra vərəsəliyin açıldığı yer onların müddətli hərbi xidmətə çağırılanadək və ya müvafiq məktəbə daxil olanadək daimi yaşadıqları yer hesab edilir.