Cinayət törətməkdə təqsirləndirilən direktor müavini pedaqoji fəaliyyətlə məşğul olmayıb.
Heftelik.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, üç ilə yaxındır ki, direktor və direktor müavinlərin işə qəbulu müsahibə mərhələsi ilə aparılır. 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamov ilə bağlı cinayət işinə gəldikdə isə o qeyd edib ki, adı əkilən şəxs məktəbdə təsərrüfat işləri ilə məşğul olub: “O, pedaqoji fəaliyyətlə məşğul olmayıb. Yaxşı olar ki, istintaqın yekun nəticəsini gözləyək”.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu mayın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən iş yoldaşı 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunu aralarında yaranmış mübahisə zamanı qəsdən öldürməkdə şübhəli bilinir.
Xatırladaq ki, Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.