Sonuncu gücləndirilmiş müştəri autentifikasiyası (GMA) tətbiqi ilə həyata keçirilən ödəniş əməliyyatından sonra ardıcıl olaraq məsafədən həyata keçirilən ödəniş əməliyyatlarının sayı beşdən və ya ümumi həcmi 300 (üç yüz) manat və ya ekvivalentindən çox olmadıqda 60 (altmış) manat və ya ekvivalentindən çox olmayan məbləğdə ödəniş əməliyyatı GMA tətbiq edilmədən aparıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.