Ödəniş sisteminin birbaşa iştirakçısı (birbaşa iştirakçı) ödəniş sisteminin xidmətlərindən istifadə etmək üçün operator ilə ödəniş sistemində iştirak üzrə müqavilə bağlayan, ödəniş sisteminin digər iştirakçıları ilə hesablaşmaların aparılması məqsədilə hesablaşma agentində müxbir və ya cari hesab açan və ödəniş sisteminin xidmətlərinə birbaşa çıxış hüququ olan şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Ödəniş sisteminin dolayı iştirakçısı (dolayı iştirakçı) – ödəniş sistemində iştirak üzrə müvafiq ödəniş sisteminin birbaşa iştirakçısı ilə müqavilə bağlayan və ödəniş sisteminin digər iştirakçıları ilə hesablaşmaların aparılması məqsədilə birbaşa iştirakçıda müxbir və ya cari hesab açan və ödəniş sisteminin xidmətlərinə birbaşa çıxışı olmayan şəxsdir.