Ödəniş sisteminin qarşılaşa biləcəyi risk növlərindən asılı olaraq hər 6 (altı) aydan bir stress-testlərin keçirilməsi təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Operator stress-testlərin keçirilməsi üçün adekvat resurslara (insan və informasiya texnologiyaları) malik olmalıdır. Operatorun müvafiq resursu olmadıqda stress-testlərin keçirilməsi bu sahədə ixtisaslaşmış kənar təşkilata həvalə edilə bilər.