Proqram təminatının hazırlanması və ya əldə edilməsi zamanı informasiya təhlükəsizliyi tələbləri müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Proqram təminatının hazırlanması və ya əldə edilməsi zamanı azı aşağıdakılar nəzərə alınmaqla informasiya təhlükəsizliyi tələbləri müəyyən edilir:
– proqram təminatı tərəfindən işlənilən informasiyanın növü və təsnifat səviyyəsi;
– proqram təminatında verilənlərə və funksiyalara giriş hüquqları;
– zərərverici hücumlara və qeyri-ixtiyari pozulmalara qarşı dayanıqlılıq;
– həssas informasiyanın mühafizəsi tələbləri;
– informasiyanın işlənməsi, ötürülməsi və saxlanılması zamanı mühafizəsi tələbləri;
– bütün əlaqəli tərəflər arasında məlumat mübadiləsinin şifrələnməsi.