Sığorta ehtiyatlarının hansı tərkibdə formalaşdırıldığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Sığorta ehtiyatları aşağıdakı tərkibdə formalaşdırılır:

– qazanılmamış sığorta haqları ehtiyatı (bundan sonra – QSHE);

– uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar) (bundan sonra − RE);

– zərərlər ehtiyatı:

– baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (bundan sonra − BVBZE);

– bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı (bundan sonra − BTZE);

– sabitləşdirici ehtiyat;

– şərti öhdəliklər ehtiyatı;

– katastrofik risklər üzrə ehtiyat (bundan sonra − KRE);

– Qanuna əsasən formalaşdırılması tələb olunan əlavə ehtiyatlar.