Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdin detalları məlum olub.
Heftelik.az-ın “teraz.sk”-a istinadən verdiyi məlumata görə, toplantıdan çıxan Robert Fitsoya binanın qarşısında insanlarla görüşən zaman silahlı kişi atəş açmağa başlayıb.
Baş nazirə 3-4 dəfə atəş açılıb. Atəş açan şəxs saxlanılıb.
Baş nazir sinəsindən və qarnından yaralanıb və dərhal xəstəxanaya aparılıb.
***
saat 17.13
Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.
Heftelik.az-ın Slovakiya mediasına istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara görə, Baş nazir Robert Fitso yaralanıb, o, xəstəxanaya aparılır.
Hadisəni törədən şəxs saxlanılıb.
Qeyd edək ki, Robert Fitsonun son rəsmi səfəri mayın 7-də Azərbaycana olub.