Vəsiyyət edən miras hesabına hər hansı öhdəliyin bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vəsiyyətnamə ilə vərəsəyə həvalə edə bilər (vəsiyyət tapşırığı).
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədi ilə vəsiyyət edən vəsiyyətnamə ilə həm vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir.