Çalanın dibindən aşağı batmaya görə II növ qrunt şəraitli batan qruntlar yerləşdiyi hallarda nələrin tətbiq edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Yeraltı hissəsi dərində yerləşdirilən bina və qurğuların əsaslarının layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Çalanın dibindən aşağı batmaya görə II növ qrunt şəraitli batan qruntlar yerləşdiyi hallarda aşağıdakılar tətbiq olunmalıdır:
– batan qruntların 1-2 qatda ağır toxaclarla, qrunt svaylarla sıxlaşdırılması, sərt qrunt materiallarından (qırmadaş, çınqıllı-çakıl qrunt, ekoloji təmiz və möhkəm şlak və s.) şaquli armaturlayıcı svaylarla möhkəmlənməsi;
– əlavə çökmələrin mümkün inkişafı zonasından aşağıya sancılmaqla vurulan, qazılıb-doldurulan svaylarla – batma qalınlığının kəsib keçilməsi.