Ödəniş xidməti təchizatçısı tərəfindən hüquqi şəxslər üçün yaradılan və təhlükəsizlik üzrə zəruri tədbirlərin tətbiq edildiyi xüsusi ödəniş kanalları vasitəsilə aparılan ödənişlər zamanı gücləndirilmiş müştəri autentifikasiyası (GMA) tətbiq edilməyə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Elektron ticarətlə bağlı həyata keçirilən ödəniş əməliyyatları 2026-cı ilin 1 yanvar tarixinədək GMA tətbiq edilmədən həyata keçirilə bilər.