Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun vəziyyəti son dərəcə ağırdır.
Heftelik.az-ın Slovakiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin yeni seçilmiş Prezidenti Peter Pelleqrini deyib.
Robert Fitsoya müalicə olunduğu xəstəxanada baş çəkdikdən sonra mətbuata açıqlama verən yeni dövlət başçısı onu bir neçə dəqiqə görə bildiyini vurğulayıb: “Baş nazir Robert Fitso sadəcə bir neçə söz deyə bildi. O, çox yorğun görünürdü”.
Xatırladaq ki, mayın 15-də Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Baş naziri güllələyən şəxs saxlanılıb. Onun slovakiyalı yazıçı Yuray Çintula olduğu barədə xəbərlər yayılıb.
Qeyd edək ki, Robert Fitsonun son rəsmi səfəri mayın 7-də Azərbaycana olub.