Biznes proseslərdə, informasiyanın işlənməsi vasitələrində və proqram təminatlarında informasiya təhlükəsizliyinə təsir edən dəyişikliklərin idarə edilməsi üzrə qaydalar hazırlanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Biznes proseslərdə, informasiyanın işlənməsi vasitələrində və proqram təminatlarında informasiya təhlükəsizliyinə təsir edən dəyişikliklərin idarə edilməsi üzrə azı aşağıdakıları nəzərdə tutan qaydalar hazırlanır və təsdiq edilir:

– dəyişikliklərin müəyyən edilməsi və qeydiyyata alınması;

– dəyişikliklərin planlaşdırılması və testləşdirilməsi;

– informasiya təhlükəsizliyinə təsirlər də daxil olmaqla, dəyişikliklərin potensial təsirləri üzrə risklərin qiymətləndirilməsi;

– informasiya təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin yoxlanılması;

– dəyişikliklərin təfərrüatlarının bütün aidiyyəti maraqlı tərəflərə çatdırılması;

– dəyişikliklərin tətbiqi zamanı uğursuz dəyişikliklər və ya gözlənilməz halların ləğvi və ya geri qayıtma prosedurları və məsuliyyətlərinin müəyyən edilməsi;

– insidentlərin həll edilməsi üçün zəruri olan təxirəsalınmaz dəyişikliklər üzrə proseslərin müəyyən edilməsi;

– göstərilənləri ehtiva edən dəyişikliklər üzrə qeydlərin saxlanılması.