Nəqliyyat vasitələrindən müvəqqəti əvəzsiz istifadə edilməsi üçün verilən etibarnamələr təsdiq edilərkən etibar edilən şəxsin sürücülük vəsiqəsinin surəti (həmin sənədlərin surəti bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır) etibarnamənin notariusda saxlanılan nüsxəsinə əlavə edilir və ya sürücülük vəsiqəsi haqqında məlumatlar (nömrəsi, verildiyi tarix, onu vermiş orqanın adı, dərəcəsi, qüvvədə olma müddəti) həmin nüsxədə qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.