Stress-test bir və ya bir neçə şokun ödəniş sisteminin fəaliyyətinə potensial təsirinin qiymətləndirilməsi alətidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Operator fəaliyyətinin ilk 3 (üç) ili üçün hazırlanmış biznes-planda azı aşağıdakı məlumatları əks etdirməlidir:

– operatorun həyata keçirəcəyi fəaliyyətə dair məlumat;

– sabit fəaliyyət göstərməsini təmin edəcək müvafiq sistemlərə, resurslara və prosedurlara malik olduğunu müəyyənləşdirməyə imkan verən və aşağıdakıları əks etdirən ilk 3 (üç) il üzrə maliyyə proqnozları:

– proqnozlaşdırılan mənfəət və zərər hesabatı, balans hesabatı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

– ehtimal olunan əməliyyat həcmi və sayı, iştirakçı sayı, xidmət növləri üzrə tətbiq olunacaq xidmət haqları;

– hər bir struktur bölmənin səlahiyyətləri (hüquq və vəzifələri), həmin bölmələrdə çalışacaq işçilərin sayı göstərilməklə təşkilati strukturu barədə məlumat;

– operator fəaliyyəti ilə əlaqədar xidmət aldığı kənar təchizatçıların adı və hüquqi ünvanı, habelə hər bir kənar təchizatçıdan alınan xidmətlərə dair ətraflı məlumat;

– ödəniş sisteminin biznes modeli haqqında ətraflı açıqlama (birbaşa və dolayı iştirak fərqləndirilməklə ödəniş əməliyyatları üzrə məlumat axını diaqramı və açıqlaması, əməliyyat zəncirində iştirak edən tərəflər və onların funksiyaları, habelə klirinq və hesablaşmaların aparılması qaydası).