Türkiyə Superliqasının 37-ci turunda çempionun adına aydınlıq gələ bilər.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, mayın 19-u saat 20:00-da lider “Qalatasaray” doğma meydanda “Fənərbaxça”nı qəbul edəcək.
Görüşü idarə edəcək hakimin adına aydınlıq gəlib.
Derbi matçında əsas söz sahibi Arda Kardeşler olacaq.
Meydana ən yaxın izləyicisi “Fənərbaxça”dan 6 xal irəlidə çıxacaq “sarı-qırmızılılar”a çempionluq üçün bu görüşdə 1 xal da kifayət edəcək.
Çempionluq şansı möcüzələrə qalan “sarı-lacivərdlilər” isə xoşbəxt sonluq üçün mütləq bu görüşü qalib başa vurmalı, son turda isə rəqibinin səhv etməsini gözləməlidir.
Qeyd edək ki, bu mövsümin ilk yarısında “Fənərbaxça” – “Galatasaray” qarşılaşmasını da Arda Kardeşler idarə etmişdi.
Həmin oyun 0:0 başa çatmışdı.