Sığorta ehtiyatlarının “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”na əsasən hesablanmış məbləği onun minimum məbləğidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Sığortaçı istifadə olunmuş aktuar metodlarını əsaslandırmaqla bu Qaydaya əsasən hesablanmış minimum məbləğdən artıq məbləğdə də sığorta ehtiyatları formalaşdıra bilər. Sığorta ehtiyatlarının bu Qaydaya əsasən hesablanmış minimum məbləğindən artıq məbləği və əlavə ehtiyatlar üzrə təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir.